Fövqəladə Hallar Nazirliyi sosial şəbəkələrdə (FHN) Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
RegionTV.info xəbər verir ki, FHN məsələ ilə bağlı Kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
"Rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik, - müraciətdə bidilirib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Azərbaycanda COVİD-19-un yeni ştammının yayıldığı və uşaqları da yoluxdurduğu barədə məlumatlar yayılıb. Həmçinin qeyd edilib ki, FHN-nin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayılar yerləşdirilib.
Xəbəri paylaş