"Komanda axtarıram, tapa bilməsəm, karyeramı bitirəcəyəm. Mən də belə olmasını istəməzdim. Çempionatdakı komandaların yarısında oynamışam".
RegionTV.info xəbər verir ki, bu sözləri "Səbail" klubundan ayrılan Elgün Nəbiyev deyib.
26 yaşlı yarımmüdafiəçi hazırda Türkiyənin İstanbul şəhərində olduğunu söyləyib: "Bakıda olanda gözlədim, heç bir klubdan xəbər çıxmadı. Ona görə Türkiyədəyəm. Qonşu ölkənin bölgə klubları və aşağı liqa təmsilçilərinə keçmək üçün çalışacağam. O da alınmasa, futbolla vidalaşacağam".
Nəbiyev "Sabah"dan ayrılmaqla, səhv qərar qəbul etdiyini bildirib: "Sabah"dan "Sumqayıt"a icarəyə getməklə və daha sonra "Səbail"də transfer olmaqda yanlışlığa yol verdim. Fikirləşdim ki, "Səbail"də şans qazana bilərəm, bu da olmadı".
Qeyd edək ki, Elgün Nəbiyev "Səbail", "Zirə", "Sumqayıt" və "Sabah"ın formasını geyinib
Xəbəri paylaş