Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan ordusuna yararsız mərmi satan “silah baronu” həbs edildi

Ermənistan Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinə köhnə və yararsız top mərmiləri tədarükündə günahlandırılan biznesmen David Qalstyanın (“Patron Davo” kimi tanınır) saxlandığını açıqlayıb.
RegionTV.info  xəbər verir ki,  Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xaricdə qeydiyyatdan keçən bir şirkətin idarə heyətinin sədri olan David Qalstyan həmin şirkətin direktoru A.B. ilə əvvəlcədən əlbir olaraq külli miqdarda vəsaitin mənimsənilməsi üçün Müdafiə Nazirliyi ilə 1983-1986-cı il istehsalı olan toplar üçün mərmi tədarükü barədə müqavilə bağlayıb. Lakin bağlanmış müqavilənin tələblərinə cavab verməyən, daha dəqiq desək, 1977-ci ilin Çexiya topları üçün mərmilər tədarük edilib.
“Taktiki və texniki xüsusiyyətlər baxımından çatdırılan mərmilər nəzərdə tutulanlardan xeyli geri qalıb. Bu mərmilərlə döyüş tapşırıqlarını həyerinə yetirmək mümkün olmayıb. Müqavilə nəticəsində D.Q-nın şirkəti 523 milyon dram (təxminən 1.08 milyon dollar) əldə edib”, - deyə qurumdan bildirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də