Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanda Azərbaycanlılara qarşı ASSİMİLYASİYA TAM SÜRƏT DAVAM EDİR

RegionTV.info 
Bu barədə Gürcüstanda tanınmış ictimai fəal Samirə Bayramova öz Facebook səhifəsində məlumat verib. Onun yazdıqlarından belə başa düşülür ki, vaxt keçdikcə Borçalıda vəziyyət daha da dözülməz hal alır.
♣Qamsaxurdiya hakimiyyəti zamanı milli kimlik əldən getdi, etno təmizləmə baş verdi, kəndlərin adı dəyişdirildi - imza atan azərbaycanlılar idi
♣Şevarnadze zamanı ölkə talan oldu, kəndlilərə məxsus torpaqlar müəyyən yollarla harılanmış məmurlarla, arendatorlarla, o vaxt vəzifədə olan məmurların əlinə keçdi, indi onların uşaqları deyir atamızdan qalan halal mülkdür - imza atan yazıq, savadsız toplum idi
♣Saakşvili zamanı, bir çox islahatlar həyata keçirildi bununla yanaşı, Nərimanovun evi investorlarla satıldı, böyük torpaq sahələri yeni məmurların əlinə keçdi, dini parçalanma oldu. Marneuli rayonunda olan kəndlərin adı dəyişdirildi və QHT fəallığı nəticəsində adlar geri qaytarıldı, imza atan həmin vaxtda olan məmurlar idi, indi bağ belə bostan belə deməsinlər.
♣ İndiki dövrdən də danışamağa gərək yoxdur, baş verənlər göz qabağındadır

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də