RegionTV.info Trend-ə istinadən bildirir ki, bunu "Azərsu" ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə layihələr hazırlanıb: "Əhali tərəfindən müraciətlər olunur ki, bəzi ərazilərdə maşınlarla içməli su daşınır. Yaşayış məntəqələrinin bəzilərinin inkişafı, genişləndirilməsi nəticəsində bu cür problemlər müşahidə olunur. Nəticədə həmin ərazilərdə su və kanalizasiya xətlərinin inkişafı geri qalıb. Hər hansısa qəsəbə əvvəl nəzərdə tutulduğundan çox genişlənib, yaşayış evlərinin sayı artıb. Həmin ərazilərdə genişlənmə olsa da, kanalizasiya və su xətləri nəzərdə tutulmayıb. Bu ərazilərin su və kanalizasiya xətlərinin çəkilməsi üçün artıq layihələrimiz var. Bu layihələrin icrası dövlət investisiya proqramları çərçivəsində həyata keçiriləcək".
Xəbəri paylaş