Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prokurorluq Daxili Qoşunların zabitinin özünü öldürməsilə bağlı məlumat yaydı

30 yanvar 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Məmmədov Alim Nazim oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Sumqayıt Hərbi Prokurorluğuna məlumat daxil olub.
RegionTV.info  Milli.Az-a istinadən bildirir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən  daxil olmuş məlumat əsasında Sumqayıt hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də