İdmançımız dünyanın 20 ən güclüsü siyahısında
Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov triatlonçuların beynəlxalq reytinq cədvəlində 2414 xalla 20-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə fransalı Vinsent Luis liderlik edir.
İlk üçlüyü İspaniya idmançıları Mario Mola və Fernando Alarza qapayırlar.
Qadınlar arasında isə Azərbaycanı təmsil edən Kseniya Levkovskaya 1415 xalla 47-ci yeri tutur.