
İndi yenidən əvəzləmə başlayıb və bu dəfə tam tərsini edirlər. Elektron sayğacları mexaniki ilə əvəz edirlər. Bu da onsuz da səbri tükənmiş insanları tam sıradan çıxardır.
RegionTV.info xəbər verir ki, “Azəriqaz” ASC-nin bu dəyiş-düyüş siyasəti abonentləri boğaza yığıb. Sosial şəbəkə istifadəçiləri elektron sayğacların mexaniklərlə əvəzlənməsini narazılıqla qarşılayırlar.
Bu mövzuda tanınmış hüquqşünas Aslan İsmayılov da diqqət çəkən məlumatlar yazıb. Onun sözlərinə görə bu sayğaclarla manipulyasiya edilir, yəni istifadə ediləndən də çox yazılır.