
RegionTV.info yeni təyin olunan şöbə rəisinin qısa tərcümeyi-halını təqdim edir.
Ələsgərov Aydın Abdulla oğlu 7 dekabr 1965-ci ildə anadan olmuşdur. O, Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən Bakı hərbi prokurorunun müavini, Sumqayıt hərbi prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokurorluğunda idarə prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifələrində qulluq keçmişdir.
Ədliyyə polkovnikidir. Ailəlidir, iki qız övladı vardır.