Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti bərpa edilib.
Təhsil naziri Emin Əmrullayevin də bildirdiyi kimi, koronavirusa qarşı 50 yaşdan yuxarı müəllimlər vaksinasiya olunacaq və bununla bağlı siyahı artıq hazırdır.
Maraqlıdır, müəllimlər könüllülük prinsipi əsasında həyata keçirilən vaksinasiyadan itmina edərsə, əyani şəkildə dərs keçməkdən məhrum olacaq, ya belə bir məhdudiyyət yoxdur?
RegionTV.info xəbər verir ki, Mövzu ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yaxın vaxtlarda bununla bağlı rəsmi açıqlamanın olacağını bildirib:
"Vaksinasiya ilə bağlı qərar yalnız Təhsil Nazirliyindən asılı deyil. Nazirlik bu məsələyə TƏBİB-lə birgə qərar verəcək. Vaksinasiya olunmayan müəllimlərin mərhələli şəkildə, ya digər formada dərs deməsi tibbi protokol hazırlandıqdan sonra bəlli olacaq.
Hələ ki, müəllimlərin vaksinasiyasına start verilməyib, yaxın vaxtlarda bu məsələyə aydınlıq gətiriləcək".
Sfera.az
Xəbəri paylaş