Ermənistan sərhədçiləri biabırçı vəziyyətdə xidmət edir, cırıq çadırın altında yerdə yatırlar.
RegionTV.info xəbər verir ki, bu barədə erməni zabit videomüraciət yayaraq bildirib.
Erməni zabit Azərbaycan Ordusunun bütün sərhədboyu ərazilərə nəzarət etdiyini deyib: “Rəqib güclü mövqe qurub, onlar bizi bir dronla vursalar, bizim qaçmaqdan başqa çarəmiz qalmır. Hökumət nümayəndələri Moskvanın elit restoranlarında bir yeməyə 5000 dollar (Paşinyanın həyat yoldaşı Anna Akopyanı nəzərdə tutur) xərclədiyi halda, sərhədçilər qışın ortasında yerdə yatırlar”, – erməni zabit etiraz edib.
Xəbəri paylaş