
RegionTV.info xəbər verir ki, bu barədə “Armeniya today” məlumat yayıb.
Məlumatda deyilir ki, aksiyada Axalkalaki və Ninotsminda kəndlərinin sakinləri də iştirak ediblər. Etirazçıların əksəriyyəti hər il Rusiyaya işləmək üçün gedən Cavaxetiya sakinləri olub. Etirazçıların sayının təxminən 300 nəfərə çatdığı qeyd olunur. Etiraz aksiyası bir saatdan çox davam edib.