
RegionTV.info-nun məlumatına görə, hadisə magistral yolun Qaradağ rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1982-ci il təvəllüdlü Allahverdiyeva Fatimə Yusif qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.