
RegionTV.info-nun məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Yolu keçən 2011-ci il təvəllüdlü Quliyev Rəşad Toğrul oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin küt travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.