Kür çayında gəzinti qayığı batıb.
RegionTV.info-nun məlumatına görə, hadisə Kür çayının Mingəçevirdən Yevlax rayonu ərazisinə uzanan hissəsində baş verib.
Daxil olmuş çağırış əsasında aidiyyəti qurumlar qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb.
İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir. Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi nəticəsində baş verdiyi bildirilir.
Xəbəri paylaş