Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cavad Zərif Naxçıvanda "Qala" məscid kompleksində olub - FOTO

Xəbər verdiyimiz kimi, yanvarın 30-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə gəlib.
RegionTV.info  xəbər verir ki, nazir səfər proqramı çərçivəsində yanvarın 30-da Naxçıvan şəhərində yerləşən “Qala” Məscid Kompleksində olub.
Burada qonağa məlumat verilib ki, muxtar respublikada dini-mənəvi dəyərlərə böyük ehtiramla yanaşılır, tarixi və dini abidələr bərpa olunur, yeni məscidlər tikilir. Milli memarlıq üslubunda inşa olunan “Qala” Məscid Kompleksi də bu istiqamətdə görülən işlərin davamıdır. 2 min nəfərin ibadət edə biləcəyi kompleksdə mədrəsələr, kitabxana, kəbin otağı və sair nəzərdə tutulub.
Həmin gün Culfa rayonuna səfər edən İran İslam Respublikasının xarici işlər naziri Culfa Dəmiryol Stansiyasının inzibati binası ilə tanış olub. Məlumat verilib ki, bir əsrdən çox yaşı olan Culfa Dəmiryol Stansiyası son illərdə yenidən qurulub, burada müasir infrastruktur yaradılıb. Həmçinin Culfa Dəmiryol Stansiyasının Azərbaycan, Rusiya və İran İslam Respublikası ilə əlaqələrdə əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında qarşılıqlı əməkdaşlıq 2016-cı ildən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə nəticələnib.
Sonra qonaq Araz çayı üzərindən keçən Culfa-Culfa dəmir yolu xəttinə baxıb, Culfa Gömrük İdarəsinin və İran İslam Respublikasının Culfa Gömrük-Sərhəd Keçid Məntəqəsinin fəaliyyəti ilə tanış olub.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına səfəri həmin gün başa çatıb.
QALEREYA
  •    "AZƏRTAC"

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də