Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.
RegionTV.info "Haber 7"yə istinadla xəbər verir ki, partlayış şəhərin cənub hissəsində yerləşən "Afrik Hotel" mehmanxanasının yaxınılğında olub. Partlayış nəticəsində mehmanxananın binasına ciddi ziyan dəyib.
Partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.
"Dalsan" radiostansiyasının məlumatına əsasən, mehmanxanaya "Əş-Şəbab" terror qruplaşmasının üzvləri hücum ediblər. Bir neçə partlayış baş verib, terrorçular binaya daxil olublar. Hazırda atışma davam edir.
Xəbəri paylaş