Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünya xalqlarının ən qəribə seksual ənənələri

RegionTV.info 
Dünya xalqlarının seksual ənənələri adəti üzrə olduqca əcaibdir. Bütün ağlınıza gələn və gəlməyən fikirlər bəzi xalqların nüməyəndələri üçün adi vəzifə və ya ənənədir.

Qədim Misir

Qədim Misir mifologiyasına əsasən Atum adlı demiurq torpağı və göyü öz spermasından yaradıb. Nil çayının qabarmaları və geri çəkilmələrini isə Atumun masturbasiyasının nəticəsi sayırdılar. Məhz buna görə quraqlıq dövrlərində “xalqın” atası ilahı xoşhallandırmaq üçün Atumun etdiyini etməli idi, yəni rahiblərin və yüzlərlə misirlilərin önündə Nil çayına masturbasiya edirdi.

Avstraliya

Avstraliyada yaşayan bəzi qəbilələrin nümayəndələri Kananinya adlı seks ruhuna tapınırdılar. Onların inanclarına həyat yoldaşlarını dəyişmək (güman edilirdi ki, yeni qadınla insan bütün günahlarını geridə qoyaraq yeni həyata başlayır) və ayin orgiyaları da daxil idi. Digər ənənəyə görə isə, oğlanlar və qızlar doğma qəbilələrindən uzaq yerlərdə cinsi əlaqəyə girmək üçün adam axtarışında uzunmüddətli səhayətlərə çıxmalı idilər. 

Himalay

Himalayın bəzi ucqar rayonlarında indiyədək poliandriya (çoxərlilik) ənənəsinə rast gəlmək olar. Eyni ailədən olan qardaşlar bir qadını həyat yoldaşı kimi alırlar. Bunun səbəbi iqtisadi durumdur: dağlarda münbit torpaq çox azdır. Bir ailədə oğlan uşağı birdən çox olduqda torpağı onlar arasında bölməmək üçün valideynləri onlara bir həyat yoldaşı tapırlar. 

İndoneziya

İndoneziyada ildə yeddi dəfə Pon bayramı keçirilir. Yerli sakinlər xoşbəxtliyi və uğuru cəlb edən ayində iştirak etmək üçün Yava adasına yollanırlar. Bunun üçün yad adamla cinsi əlaqəyə girmək lazımdır. Lakin hər şey o qədər də asan deyil. Çünki həmin yad şəxs il ərzində yeddi dəfə qarşına çıxmalıdır. 

Niger, vudabe qəbiləsi 

“Qadağa adamları” və ya vudabe qəbiləsində erkən evliliklər adi haldır. Lakin ildə bir dəfə keçirilən Qerevol ayini zamanı kişilər zəngin paltar geyir, üzlərini rəngləyir və rəqs edir. Qadınlar (hətta ərdə olanlar) isə onlardan yeni ər seçə bilərlər. Əgər cütlük xəbərsiz (ən azı qadının sabiq ərindən) bayramı tərk edə bilsələr bu yeni evliliyin təsdiqi sayılır və onlar rahat şəkildə birgə yaşamaq haqqı qazanırlar. 

Quahira, Kolumbiya

Kolumbiyanın şimal-şərqində yerləşən Quahira dairəsnin hindu sakinləri qədim zamanlardan ritual rəqslər keçirirlər. Rəqs zamanı qadın dairə vuraraq kişiyə yaxınlaşır, sonuncu isə arxaya addımlayaraq uzaqlaşır. Əgər qadın rəqs vaxtı kişiyə toxunsa onunla sekslə məşğul olmağa məcburdur. 

İnis-Biq, İrlandiya


İrlandiyaya məxsus olan kiçik İnis-Biq adasına 350 nəfərə yaxın puritan icması yaşayır. Onların əsas məşğuliyyəti - əkinçilik və balıqçılıqdır. İcma arasında seks qadağan edilib. Rəsmi məlumata görə, orada heç kim həzz almaq üçün sekslə məşğul olmur. Dünyaya uşaq gətirmək üçün ər və arvad bu prosesi missioner pozasında, tam qaranlıqda, alt paltarlarını çıxarmadan edir. Adada seks haqda danışmaq belə qadağa altındadır. 

Eskimoslar 

Eskimoslar hesab edirlər ki, qəbilənin başına gəlmiş qıtlıq, aclıq, xəstəliklər və ya digər bədbəxtliklər zamanı, pis ruhları çaşdırmaq üçün arvadları dəyişmək lazımdır. 

Qana

Qərbi Afrikada yerləşən Qanada əhali əsasən iki dinə ibadət edir: cənubda xristiyanlığa, şimalda islama. Lakin hələ iki əsr öncə yerli insanlar ölmüş əcdadlarının ruhlarına inanırdılar və hesab edirdilər ki, ər və ya arvaddan biri öldükdə, digəri mütləq şəkildə onun ruhundan təmizlənməlidir. Bunun üçün dul qalmış insan ilk gördüyü yad adamla sekslə məşğul olmalı idi. 

Nepal

50 min sayı olan nepça xalqı Nepal, Hindistan və Butanda yaşayır. Onların bir hissəsi hinduistdir, qalanları isə tibet buddistidir. Buna baxmayaraq onların hamısı şaman ayinlərinə inanır. Onlardan birinə əsasən, ər arvadının doğuş etməsindən sonra 3, 7 və 21 gün sonra onunla sekslə məşğul olmalıdır ki, qadının sağalma prosesi sürətlənsin. 

Cənubi Afrika

Cənubi Afrika qəbilələrinin bəzilərində xəyanət ciddi şəkildi cəzalandırılır. Belə hal baş verdikdə, kişini tikanlı kol budaqları ilə döyülür, qadının cinsiyyət orqanına isə kaktus daxil edirlər. Qeyd etmək lazımdır ki, bu qəbilələrdə gün batanadək, qasırğa zamanı, pis yuxudan sonra, ər ov zamanı piton və ya hiyena (kaftar) öldürdükdə sekslə məşğul olmaq qəti qadağandır. 

Konqo və Sudan 


Konqo və Sudanda isə xəyanətin aqibəti daha dəhşətli olur: Bunu edənləri vəhşicəsinə qətlə yetirirlər. Yeri gəlmişkən, kişilərin isə bundan əlavə üst dodağını, qulaqlarını, əllərini və cinsiyyət orqanını kəsirlər. 

Mozambik

Mozambik sakinləri və piqmeylər arasında öpüşlər uzun müddət qadağan edilmişdi. Çünki selik mübadiləsi prosesi murdar sayılırdı. Lakin buna baxmayaraq, onlar dini bayramlarda ritual orgiyalar keçirirdilər. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də