
Region.info xəbər verir ki, Ərbakan ABŞ tərəfinin Türkiyə ilə münasibətləri gərginlik məcarasına sürükləyən addımlarına diqqət çəkib.
Onun sözlərinə görə, ABŞ Türkiyənin milli maraqlarını təhdid edən addımlarını davam etdirəcəksə, bu ölkədəki hərbi bazaları da bağlanılmalıdır.
“Türkiyə-ABŞ münasibətləri milli maraqlara zərər verməyəcək şəkildə davam etməlidir. Amma PKK/YPG terror təşkilatına dəstək verən Amerika rəhbərliyinin dosyesi ortadadır”, - Ərbakan vurğulayıb.