Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Köçürülən şəhidlərin yaxınları Baku TV-yə danışdı – VİDEO

RegionTV.info 
Xəbər verdiyimiz kimi, son günlərdə bəzi sosial şəbəkələrdə ümumşəhər qəbiristanlığı ilə bağlı yayılan söz-söhbətlərə nəhayət, son qoyuldu. Sözügedən qəbiristanlıqda vaxtı ilə dəfn edilən 18 vətən müharibəsi şəhidinin məzarı Yasamalda yerləşən Şəhidlər Xiyabanına köçürüldü.
Şəhid yaxınları öz hisslərini Baku Tv ilə bölüşüb.
Şəhid qardaşı Elnur Həsənov bildirib ki, qardaşının şəhidlərə qismən layiq olmayan yerdə dəfn olunması onu çox narahat edirdi:
“Hazırda çox məmnunuq, sevincimizin həddi-hüdudu yoxdur. Bura elə yerdir ki, səhərdən izdiham görünür. Hamı gəlib şəhidləri ziyarət edir. Amma ora elə yer idi ki, orada şəhidləri öz ailələrindən başqa heç kim ziyarət etmirdi”.
Daha ətraflı Baku TV-nin süjetində:

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də