Bakının Nərimanov rayonunda yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadın həbs edilib.
RegionTV.info xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Əhmədova Sədaqət Rəşid qızı saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 171.1-ci (y etkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.
Sədaqət Əhmədovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən Nərimanov rayon Məhkəməsinə vəsatət verilib.
Hakim Tural Ələkbərovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.
Sədaqət Əhmədovanın barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq gedir.
Teleqraf.com
Xəbəri paylaş