Vətən Müharibəsində şəhid olan Vasif Heydərovun ailəsi onun yoxluğuna alışa bilmir.
RegionTV.info xəbər verir ki, şəhidin xanımı körpəsi ilə birgə onun məzarını ziyarət edib. Şəhidin məzarı başında övladı ilə fotosunu paylaşıb və bu sözləri yazıb:
" Heç vaxt Nihadının "Ata" kəlməsini eşidə bilməyəcək olan sevgilim...
Ata nəvazişinə həmişə həsrət qalacaq balam...".
Onun bu paylaşımı görənlərin ürəyini dağlayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Vasif Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vasif Heydərov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.
Xəbəri paylaş