
RegionTV.info xəbər verir ki, D.Semienin həyat yoldaşı bu barədə Feysbukda paylaşım edib.
"Bunun baş verdiyinə inana bilmirəm. Həyat yoldaşımı dəfn etmək üçün yer almaq məqsədilə məzarlığa getdim. Orada tanış olduğum qadın mənə qəbiristanlığın yalnız ağdərililərə məxsus olduğunu bildirdi".
Amerika mətbuatında və sosial mediada bu məsələyə sərt reaksiya göstərilib. Müzakirədən sonra toplanan qəbiristanlıq rəhbərliyi polisin cəsədinin məzarlıqda basdırılmasına icazə verib.