DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən insanların rayonlara gediş-gəlişinin necə tənzimlənəcəyini açıqlayıb.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Moderator.az -ın sorğusuna cavab olaraq bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxışa qoyulan qaydalar əvvəlki kimi olacaq:
“Xüsusi polis postlar - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxışda fəaliyyət göstərəcək. Yalnız dövlət qurumunun və ya özəl müəssisənin rəhbərliyinin verdiyi ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaq.
Təqdim edilən ezamiyyə vərəqələri ciddi şəkildə araşdırılacaq. Kimlərsə onlara verilən səlahiyyətdən sui-istifadəyə cəhd edərsə, bu hallar tərəfimizdən aşkarlanarsa, həmin şəxslərin barəsində tədbir görüləcək”.
“İcazə sistemi ləğv edildikdən sonra xidməti vəsiqə ilə rayonlara gedişə icazə verilməyəcək”, - deyə DİN rəsmisi qeyd edib.