
RegionTV.info-nun "Oxu24.com"-a istinadən məlumatına görə, Daxili İşlər Naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən Zaqatala Rayon Polis Şöbəsinin Əməliyyat İşləri üzrə rəis müavini Niyazi Məmmədov yaş həddinə görə təqaüdə göndərilib.
Onun yerinə Yevlax Rayon Polis Şöbəsinin Əməliyyat İşləri Üzrə rəis müavini polis polkovniki Daşqın Məhər oğlu Quliyev təyin olunub.