Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Masallı hərbi komissarı gözü görməyən gənci hərbi xidmətə göndərib-İTTİHAM

RegionTV.info 
"Azinforum.az"-a Masallı rayonundan şikayət daxil olub. Həmin şikayəti və videoaterialı təqdim edirik:

“Masallı rayon, Ərkivan qəsəbə sakini, Ağazadə Gündüz Çingiz oğlu 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Hər kəsə məlumdur ki, hərbi xidmətə çağırılan qulluqçular,öncə tibbi müayinədən keçməli və əgər sağlamlıqlarında bir problem yoxdursa, hərbi xidmətə yararlı hesab olunmalıdırlar. Təəssüflər olsun ki, Gündüzün məsələsində hərşey əksinə olub. Belə ki, vətəndaş müayinədən keçdikdən sonra,onun sağ gözünün 0.01 % gördüyü məlum olmuşdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, Gündüzün gözündəki problem sonradan olmayıb, anadangəlmədir. Yəni,bunun bir müalicəsi yoxdur!

Həkimlər də, şifahi olaraq bunu təsdiqləyir. Lakin bununla bağlı Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına Göz Oftolmologiya şöbəsindən rəsmi kağız verilməlidir. Ancaq həkimlər kağızı verməkdən imtina edir.

Cavab olaraq deyirlər ki, “Get hara istəyirsən şikayət et! Biz kağızı verə bilmərik!”

Amma, Rusiya dövlət xəstəxanalarından alınan kağızlar və Masallı rayon Göz Klinikasından aldığımız kağızlar var. Ancaq kağızın sadəcə bir kopyasını bizə verdilər. Əslini isə verməkdən boyun qaçırdılar.

Buna səbəb isə Masallı rayon hərbi komissarlığının təzyiqləridir. Lakin əlimizdə rəsmi kağızlar olmasına baxmayaraq, kimsə şikayətimizə baxmır.

Eyni zamanda bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Vitse-prezident Mehriban xanıma və Müdafiə naziri Zakir Həsənova dəfələrlə rəsmi müraciətlər olunsa da, hamısı cavabsız qalıb.

Buradan aidiyyatı qurumlara səslənirik, xahiş edirik bu məsələ ilə ciddi şəkildə məşğul olunsun. Bu işdə günahkar olan, vəzifəsini düzgün icra etməyən Masallı rayonu hərbi komissarı Vəli Rzayev və digər şəxslər cəzalandırılsın!

Burada bir vətəndaşdan, bir Azərbaycan Respublikasının gəncindən söhbət gedir. Sabah, bir gün bu hər kəsin başına gələ bilər. Ona görə də, bu məsələyə səssiz qalmayaq.

Əlimizdən gəldiyi qədər bu müraciəti paylaşaq.
Əlimizdə olan kağızları da sizlərlə paylaşırıq.

Vacib qeyd!

Vətəndaşın gözünün görməməsinə baxmayaraq, Murovdağ döyüşlərində 4 gün iştirak etmişdir”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də