Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllimlər kütləvi şəkildə vaksinasiya ediləcək?

"Müəllimlərin kütləvi şəkildə vaksinasiyası gözlənilmir".
RegionTV.info
xəbər verir ki, Bu barədə Təhsil naziri Emin Əmrullayev "Pandemiya dövründə təhsil" mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.
O bildirib ki, vaksindən əvvəl koronavirusa qarşı test verilməsi zamanı da kütləvilik olmamışdı:
"Yalnız simptom olan və ya yoluxan şəxslərlə təmasda olanlardan test götürülürdü. Vaksinasiya yaşa bağlı olduğu üçün müəllimlərin 50 yaşa qədər olan hissəsinin bu prosesdən mərhələli şəkildə keçirilməsi gözlənilir. Vaksinasiya 65 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulur, lakin bizim bu yaş qrupundan yuxarı olan müəllimlərimizin sayı azdır".
"Vaksinasiya könüllü şəkildə keçirilir. Hazırda tibb işçilərinin vaksinasiyası aparılır. Növbə çatdığı zaman müəllimlərimiz də vaksinasiya ediləcək. Şəxsən mən də yaxın zamanda vaksin vurdurmaq istəyirəm. Müəllimlərimizdən də bu prosesə həssas yanaşmasını xahiş edirəm. Onların vaksinasiyada aktiv iştirakı olduqca vacibdir"-, deyə nazir qeyd edib.
oxu.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də