RegionTV.info
Braziliyada 6 aylıq hamilə qadın azyaşlı oğlu ilə restoranda yemək yedikləri zaman qorxu dolu anlar yaşayıb. Sözügedən qadın 4 yaşlı oğlunu restoranda müştərilərə silah doğruldan soyğunçudan üzərinə uzanmaqla qoruyub.
Görüntülərdə 2 soyğunçunun restorandan çıxmaq istəyən bir cütlüyə maneə olduğu, soyğunçulardan birinin isə müştərilərə silah doğrultduğu görülüb.
Soyğunçuları görən fədakar ana oğlunu qorumaq üçün tərəddüd etmədən özünü oğlunun üzərinə sərib. Görüntülərin sosial mediada yayılmasından sonra izləyicilər qadının göstərdiyi fədakarlığı göz yaşları ilə izlədikərini söyləyib.
(moderator)
Xəbəri paylaş