Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Android və iOS arasındakı ən böyük fərq açıqlandı

BankMyCell ənənəvi illik hesabatında bu dəfə Android və iOS arasındakı əsas fərqi açıqlayıb.
RegionTV.info
  "ted.az"-a istinadən bildirir ki, hesabatda qeyd olunub ki, sözügedən əməliyyat sisteminə sahib telefonların əsas fərqi alındıqdan sonra Android smartfonlarının daha çox dəyər itirməsidir. Belə ki, satın alındıqdan 12 ay sonra bu cihazlar iPhone-lara nisbətən iki dəfə çox ucuzlaşır.
Android telefonlar 33,62 faiz ucuzlaşdığı halda iPhone-lar 16,70 faiz dəyər itirir. İki il sonra bu rəqəm müvafiq olaraq 61,50 faiz və 35,70 faiz olur. 4 il sonra isə ucuzlaşma Android-lərdə 81,11 faiz, iPhone-larda 66,43 faizdir.
Birinci ildə ən çox ucuzlaşan markalar HTC, Motorola və Sony-dir. HTC 53,08, Motorola 42,57, Sony ise 39,51 faiz dəyər itirir.
Apple və Samsung modellərində isə göstərici aşağıdakı kimidir:
Samsung Galaxy S20 (9 ayda 34,78%) - iPhone 11 (bütün 2020-ci il üçün 12,84%)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də