RegionTV.info
ABŞ-da yanvarın altısında Kapitoliyə basqın edən iki qadın saxlanılıb.
Saxlanılanlardan biri nümayiş zamanı Nümayəndələr Palatasının sədri Nensi Pelosini güllələmək niyyətində olduğunu elan etmiş şəxsdir.
Bu barədə "Washington Post" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu yanvarın 12-də Don Benkroft və Diana Santos-Smitin konqres binasını tərk etməsi ilə bağlı bir video əldə edib.
Videoda saxlanılan qadınlardan biri "Kapitoliyə daxil olduq, işimizi gördük. Nensi Pelosini başından güllə ilə vurmaq üçün axtardıq, amma tapa bilmədik", - deyir.
Qeyd olunur ki, videonu çekən qadın onu uşaqlarına göndərib.
FTB-nin yaydığı məlumatda qeyd olunur ki, hər iki qadın ilkin sorğu-sualda Kapitoliyə hücumda iştirak etmədikləri deyiblər.
Onlara qarşı üç federal ittiham, bundan əlavə, məhdud girişi olan binaya qəsdən daxil olmaq, ictimai qayda pozuntusu və hökumətin fəaliyyətinə mane olmaq ittihamları irəli sürülüb.
(oxu.az)
Xəbəri paylaş