Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda “Boeing 737” təcili eniş edib

İranda “Boeing 737” təcili eniş edib

İranda təyyarə mühərrik nasazlığı səbəbindən qəza enişi edib. 

 “Sepehran” aviaşirkətinə məxsus, Məşhəddən Kermanşaha uçan təyyarə təkərinin partlaması və pilotun mühərrikdə nasazlıq barədə məlumat verməsindən sonra havaya qalxdıqdan qısa müddət sonra geri qayıtmağa məcbur olub.

Salonda güclü silkələnmə başlayıb, baqaj rəflərindən əşyalar sərnişinlərin üzərinə düşüb. Heyət təyyarəni geriyə döndərib və Məşhəddə qəza enişi edib.

Məlumata görə, xəsarət alan yoxdur.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də