Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

500 azərbaycanlı xaricdə təhsil alacaq 

“Hər il olduğu kimi, bu il də 500 gənc xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində təhsil alacaq. Onlardan 155-i bu il dünyanın ən nüfuzlu 10 universitetinə qəbul alıb və təhsil almaq hüququ əldə edəcək. Bu da bizi sevindirir və inanırıq ki, möhtərəm Prezidentin təşəbbüsü ilə icra olunan bu proqram Azərbaycanın gələcəyi üçün olduqca vacib töhfələr verəcək”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2026–2027-ci tədris ilində 500 gənc xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində təhsil alacaq.

Onun sözlərinə görə, həmin gənclərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universitetinə qəbul olunub.

Emin Əmrullayev qeyd edib ki, xaricdə təhsil üzrə dövlət proqramının həyata keçirilməsi ölkənin gələcək kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir proqramın Prezidentin təşəbbüsü ilə icra olunduğunu vurğulayaraq, onun Azərbaycanın gələcəyi üçün mühüm töhfələr verəcəyinə inandığını bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də