Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gedənə pulsuz ev və iş imkanı - Hamı ora axın edir

Dünyanın ən möhtəşəm təbiət marşrutlarından biri olan Patagoniyada səyahət edənlər üçün maraqlı fürsət yaradılıb. Argentinanın dağları və gölləri ilə məşhur San Karlos de Bariloçe şəhərindəki butik hosteldə könüllü işləyənlərə pulsuz qalmaq və səhər yeməyi təklif olunur.

 Worldpackers platforması üzərindən həyata keçirilən proqram 3 həftəyədək davam edir. İştirakçılar həftədə cəmi 25 saat, yəni gündə təxminən 5 saat işləyərək yaşayış xərclərindən azad ola bilərlər.

Proqrama qoşulan səyahətçilər hosteldə qonaqlara xidmət, resepsiyonda kömək və təmizlik kimi gündəlik işləri yerinə yetirirlər. Bunun müqabilində onlara pulsuz yaşayış və səhər yeməyi verilir.

Könüllülərə həftədə 2 tam istirahət günü də təqdim olunur. Beləliklə, iştirakçılar həm işləyərək yaşayış xərclərini azaltmaq, həm də boş vaxtlarında Patagoniyanın təbiətini kəşf etmək imkanı əldə edirlər.

Proqram çərçivəsində iştirakçılara ortaq otaqda qalmaq və səhər yeməyi ilə yanaşı, yüksək sürətli internet, camaşırxanadan istifadə və velosiped imkanı da təqdim olunur.

Bundan əlavə, könüllülər bölgədə təşkil olunan turlara və bəzi barlara xüsusi endirimlərdən yararlana bilirlər.

Proqrama həm tək səyahət edənlər, həm də cütlüklər müraciət edə bilər. Əsas tələblərdən biri qonaqlarla ünsiyyət quracaq səviyyədə orta dərəcədə ingilis və ya ispan dilini bilməkdir.

Digər şərt isə ən azı 2 həftə müddətinə proqramda iştirak edə bilməkdir.

Səyahətçilər tərəfindən 5 üzərindən 4,5 balla qiymətləndirilən proqram xüsusilə yaşayış xərclərini minimuma endirərək Patagoniyanı kəşf etmək istəyənlər üçün diqqət çəkir.

Qeyd edək ki, pulsuz yaşayış imkanı uçuş, sığorta və digər şəxsi xərclərin də qarşılandığı anlamına gəlmir. Pullu və ya viza ilə bağlı tələblər isə səfər edilən ölkənin qaydalarından asılıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də