Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Trampın oğlu Qafqaza gəlir - 70 mərtəbəli bina tikəcək

Trampın oğlu Qafqaza gəlir - 70 mərtəbəli bina tikəcək

ABŞ Prezidenti Donald Trampın oğlu, The Trump Organization şirkətinin icraçı vitse-prezidenti Erik Tramp gələn həftə Gürcüstana səfər edəcək.

Erik Tramp Tbilisidə “Trump Tower Tbilisi” layihəsinin rəsmi təqdimatında iştirak edəcək.

Məlumata əsasən, “Trump Tower” Tbilisinin keçmiş ippodrom ərazisində inşa olunacaq The Downtown Tbilisi kompleksinin mərkəzi qülləsi olacaq. Kompleks ümumilikdə altı göydələndən ibarət olacaq.

“Trump Tower”in hündürlüyünün təxminən 259 metr, mərtəbələrinin sayının isə 70-ə qədər olacağı bildirilir. Kompleksə ümumi investisiyanın təxminən 2 milyard dollar təşkil edəcəyi, yalnız “Trump Tower”in tikintisinə birbaşa xərclərin isə 200 milyon dollardan çox olacağı qeyd edilir.

Mənzillərin satış qiymətlərinin ilkin mərhələdə hər kvadratmetr üçün 7-10 min dollar arasında olacağı gözlənilir. Yuxarı mərtəbələrdə isə qiymətin 15 min dollara qədər yüksələcəyi bildirilir. Bununla belə, The Trump Organization şirkətinin layihənin tikintisinə birbaşa maliyyə yatırmayacağı vurğulanır. Şirkət Gürcüstanlı developerə “Trump” brendindən istifadə hüququnun verilməsi müqabilində ödəniş alacaq. Bundan əlavə, şirkət ilkin ödənişlə yanaşı, mənzillərin satışından və gələcək gəlirlərdən də faiz əldə edəcək.

Layihənin potensial alıcıları sırasında imkanlı əcnəbilər, ekspatlar və diplomatların olduğu bildirilir. Artıq Dubaydan ilk müraciətlərin daxil olduğu qeyd edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də