Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusdan ölən şəxs heç kimi yoluxdura bilməz - Pediatr

RegionTV.info 
Məşhur pediatr Yevgeni Komarovski koronavirusdan ölən şəxsin qapalı halda dəfn olunmasının səbəblərini izah edib.
Həkim mərhumun artıq yaxınlarına koronavirusa yoluxma baxımından hər hansı təhlükə yaratmadığını deyib.
"Koronavirus infeksiyasından ölən şəxsin qapalı şəkildə dəfn olunması tabutun ətrafına yığışan qohumların sosial məsafəni pozduğu üçün təhlükəlidir. Mərhumun özü heç kimi yoluxdura bilməz. Ölülərlə vidalaşmasına icazə verilməməsi, qapalı tabutlarda basdırılması dövlətin əhali ilə izahlı iş aparmadığını göstərir. Hər halda elementar epidemioloji qaydalara, yəni maskalar taxmaq və sosial məsafəni qorumaq lazımdır. Çətin və kədərli şəraitdə belə", - həkim qeyd edib.
Publika.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də