Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu

Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu

Türkiyə Superliqasında beşinci tura start verilib. 

Turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin də formasını geydiyi “Ərzurumspor” səfərdə “Beşiktaş”ın qonağı olub. Matç İstanbul klubunun qələbəsi ilə başa çatıb. 

“Beşiktaş” - “Ərzurumspor” - 3:0

Qollar: Topçu, 21, Trossard, 27, Kirtay, 81-avtoqol

N.Axundzadə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. 

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran “Beşiktaş” turnir cədvəlində liderliyə yüksəlib. “Ərzurumspor” isə 4 xalla 15-ci pillədə qərarlaşıb. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də