
RegionTV.info "Pravda.az"-a istinadən xəbər verir ki, yanğın nəticəsində 4 nəfər dünyasını dəyişib, 120 xəstə xəstəxanadan evakuasiya edilib.
Rumıniya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, səhər erkən saatlarda baş verən yanğında 3 nəfər yerindəcə dünyasını dəyişib, dördüncüsü şəxs isə ağır yaralı olduğu üçün evakuasiya nəticəsində digər xəstəxanaya aparılarkən ölüb.
Qeyd edək ki, noyabr ayından etibarən Rumıniyada COVID-19 virusuna yoluxma halları artıb. Yer olmadığı üçün xəstələr xəstəxana dəhlizlərinə yerləşdirilib.