Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlət dəstəyi ilə özəl bağçalara 10 min uşaq cəlb ediləcək

Dövlət dəstəyi ilə özəl bağçalara 10 min uşaq cəlb ediləcək

Azərbaycanda ailələrin özəl məktəbəqədər təhsil xidmətlərinə çıxışını asanlaşdıran dövlət–özəl əməkdaşlığı modeli genişləndirilir. Cari ildə proqramın əhatə etdiyi uşaqların sayının 10 minə çatdırılması planlaşdırılır.

Bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi üçün tətbiq olunan modellərdən biri özəl bağçaların mövcud potensialından istifadə edilməsidir. Bu model ailələrin həmin xidmətlərdən dövlət dəstəyi hesabına yararlanmasına imkan verir.

Eşqi Bağırov bildirib ki, ötən il proqram təxminən 4 min uşağı əhatə edib. Cari ildə isə bu göstəricinin 10 minə çatdırılması nəzərdə tutulur.

“Beləliklə, məktəbəqədər təhsilin əhatəsini yalnız yeni bağçalar tikməklə deyil, mövcud dövlət infrastrukturu, məktəbəhazırlıq qrupları, icma modeli və dövlət–özəl əməkdaşlığı vasitəsilə birlikdə genişləndiririk. Bu dinamika ilə ilin sonuna müəyyən edilmiş 50 faizlik əhatə hədəfinə çatmağa çox yaxınıq”, – agentlik direktoru vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də