Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ilk: ürək müalicəsində yeni texnologiya 

Azərbaycanda ilk: ürək müalicəsində yeni texnologiya 

Azərbaycanda ilk dəfə Bakı Sağlamlıq Mərkəzində ürək ritm pozuntularının, xüsusilə aritmiyaların müalicəsində istifadə olunan müasir PFA (Pulsed Field Ablation) texnologiyası uğurla tətbiq edilib.

 PFA ürəkdə aritmiyaya səbəb olan toxuma sahələrinin xüsusi elektrik impulsları vasitəsilə deaktivləşdirilməsinə imkan verən innovativ ablasiya üsuludur.

Texnologiyanın əsas üstünlüklərindən biri hədəf toxumalara yüksək dəqiqliklə təsir göstərməsi və ətrafdakı sağlam toxumaların qorunmasına imkan verməsidir.

Ənənəvi termal ablasiya üsullarından fərqli olaraq, PFA zamanı istilik və ya dondurma təsirindən istifadə edilmir. Xüsusi elektrik impulsları ilə aritmiyaya səbəb olan toxuma sahələri hədəfə alınır. Bu isə prosedurun dəqiqliyinin və təhlükəsizliyinin artırılmasına imkan yaradır.

Bakı Sağlamlıq Mərkəzində PFA texnologiyasının tətbiqi Azərbaycanda ürək ritm pozuntularının müalicəsində müasir tibbi yanaşmaların genişləndirilməsi baxımından mühüm addım hesab olunur.

Mərkəzdə müasir tibbi texnologiyaların tətbiqinin davam etdirilməsi və pasiyentlərə daha effektiv, təhlükəsiz və keyfiyyətli tibbi xidmətlərin göstərilməsi istiqamətində işlər aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də