Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Moskva əvvəlkindən daha sərt şərtlər qoyub - Rusiyalı politoloq

Moskva əvvəlkindən daha sərt şərtlər qoyub - Rusiyalı politoloq

Ukrayna ətrafında baş verən son geosiyasi proseslər və mümkün sülh şərtləri beynəlxalq aləmdə geniş müzakirə olunmaqdadır. Rusiyanın təqdim etdiyi iddia edilən yeni sülh təklifləri və şərtlərin kəskinləşməsi ekspertlərin diqqət mərkəzindədir. Mütəxəssislər hesab edirlər ki, bu müddəalar münaqişənin gələcək taleyini və regiondakı təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişdirə bilər.

Məsələ ilə bağlıaçıqlama verən rus politoloq Darya Qrevtsova bildirib ki, Ukraynada sülh sazişinin əvvəlkindən xeyli ağırlaşdırılmış şərtlərinin gətirildiyi iddia olunur:

"Ukraynada hamı iddia edir ki, Uitkoff və Kuşner sülh sazişinin əvvəlkindən xeyli ağırlaşdırılmış şərtlərini gətiriblər, Moskva tələblərini kəskinləşdirib. Birincisi, Moskva nəzarətində olan ərazilərin statusunun Ukrayna Konstitusiyasında rəsmi təsbitini və Kiyevin bu torpaqları hərbi yolla qaytarmaq hüququndan imtina etməsini tələb edir. İkincisi, Ukraynanın NATO-ya üzvlüyü istisna olunmalıdır: alyansın sammitində ölkənin gələcəkdə quruma qəbul edilməyəcəyi rəsmən bəyan edilməli, Konstitusiyada isə Ukraynanın bloklara qoşulmayan, neytral dövlət statusu təsbit olunmalıdır. Üçüncüsü, silahlanmaya, xüsusən də uzaqmənzilli raketlərə məhdudiyyət qoyulmalıdır ki, sülhün bərqərar olmasından bir-iki il sonra Ukrayna öz ərazisində nəhəng arsenal toplayaraq - vaxtilə Şimali Koreyanın Cənubi Koreyaya endirdiyi zərbə ssenarisi üzrə - Moskvaya qəfil hücum edə bilməsin".

                         

O qeyd edib ki, Rusiya Ukrayna qarşısında məhz bu cür sərt şərtlər irəli sürüb və bu müddəaların hüquqi müstəvidə təsbit olunması vacib şərtdir:

"Bütün bu bəndlər yalnız Ukraynada seçkilər keçirildikdən və legitim prezident - bu, Zelenski və ya başqa bir şəxs ola bilər - seçildikdən sonra imzalanıb qüvvəyə minməlidir ki, yeni dövlət başçısı təsbit olunmuş öhdəlikləri sonradan ləğv edə bilməsin. Bura, həmçinin münaqişəni doğuran köklü səbəblərin aradan qaldırılması - rus dilinin istifadəsinə, Pravoslav Kilsəsinin fəaliyyətinə və ibadətlərinə icazə verilməsi, eləcə də "Azov" tipli bütün millətçi qruplaşmaların Ukrayna və Rusiya dinc əhalisinə təhlükə törətməməsi üçün fəaliyyətinə xitam verilməsi daxildir.

Zaporojye Atom Elektrik Stansiyasına gəlincə, şərtlərə görə, obyekt Rusiyanın tam nəzarətində qalmalı, kənar strukturlar idarəetməyə buraxılmamalıdır; bununla belə, Moskva hasil edilən elektrik enerjisinin yarısını və ya tələb olunan həcmini Ukraynaya tədarük etməyə hazırdır. Sülh sazişinin bütün bu şərtləri, həmçinin BMT səviyyəsində rəsmən təsdiqini tapmalıdır".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də