İsmayıllı rayonu, Mican kəndinin sakinləri etiraz aksiyası keçiriblər.
RegionTV.info xəbər verir ki, aksiyaya 30-a yaxın kənd sakini qatılaraq, jurnalistlərə kəndin problemlərindən danışıb və etiraz ediblər. Sakinlər kənddə yolların bərbad durumda olmasını, kanalizasiya, içməli su, internet, işıq problemini qeyd ediblər. Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara, yerli icra hakimiyyətinə sözügedən problemlərlə bağlı müraciət ediblər, lakin heç bir müsbət nəticə əldə edə bilməyiblər.
Kənd sakinləri deyir ki, pandemiya dövründə övladları kənddə internetin olmadığından onlayn dərslərə qoşula bilməyiblər. Orta məktəblərdə dərslər başlayandan sonra isə yolların bərbad durumda olması səbəbindən övladlarını məktəbə apara bilməyəcəklərini bildiriblər.
Etiraz aksiyası 30 dəqiqəyə yaxın davam edib, heç bir insident baş verməyib.
”Baxar.az”
Xəbəri paylaş