Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Renat Dadaşov Ukrayna klubuna transfer oldu

Renat Dadaşov Ukrayna klubuna transfer oldu

Ukraynanın “Bukovina” komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.

 27 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, tərəflər mövsümün sonunda əməkdaşlığın müddətini daha bir il uzada bilərlər. O, yeni komandasında 9 nömrəli formada çıxış edəcək.

Oyunçu ötən mövsümü Polşa Ekstraklasasında mübarizə aparan “Motor”un heyətində keçirib.

Qeyd edək ki, 2017-ci ildən Azərbaycan yığmasının formasını geyinən Renat Dadaşov bu müddət ərzində 45 oyunda 7 qolla yadda qalıb. O, daha əvvəl Almaniyanın U-16 və U-17 yığmalarında da çıxış edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də