Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vardanyanın arvadı Simonyana müraciət etdi: “Məni də Bakıya apar!”

Vardanyanın arvadı Simonyana müraciət etdi: “Məni də Bakıya apar!”

Müharibə cinayətlərinə görə Bakıdakı həbsxanada saxlanılan rusiyalı oliqarx Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana müraciət edib.

 Zonabend müraciətində Simonyanın Bakıya mümkün səfəri ilə bağlı məlumatı KİV-dən öyrəndiyini bildirib.

O, belə bir səfərin keçirilməsi ehtimalını alqışladığını qeyd edib.

"Şəxsən mən sizinlə birlikdə Bakıya getməyə hazıram", - deyə o bildirib. 

Veronika Zonabend Alen Simonyandan onu da Bakıya aparmağı xahiş edib. Zonabenin məqsədi Bakıda əri ilə görüşməyə nail olmaqdır.

Xatırladaq ki, bu il fevralın 17-də Bakı Hərbi Məhkəməsində separatçı, rusiyalı milyarder Ruben Vardanyana 20 il həbs cəzası verilib. Vardanyan sülh və bəşəriyyətə qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və digər ağır cinayətlərdə təqsirli bilinib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də