Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ayı mənimsəyən Trampa BMT-dən cavab

Ayı mənimsəyən Trampa BMT-dən cavab

BMT-dən ABŞ Prezidenti Donald Trampın "Ay ABŞ-nindir" bəyanatına cavab verilib. 

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təşkilatın kosmosun dinc məqsədlərlə istifadəsinə sadiq olduğunu bildirib:

"Biz kosmosun dinc məqsədlərlə istifadəsinə inanırıq və deyəcəyim budur".

ABŞ da daxil olmaqla 100-dən çox dövlətin tərəf olduğu 1967-ci il Kosmos Müqaviləsi Ayın və digər səma cisimlərinin suverenlik, istifadə və ya işğal iddiaları ilə milli mənimsənilməsini qadağan edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də