UFC ötən həftə sonu Parisdə baş tutan turnirin ardınca çəki dərəcələri üzrə ən son reytinq cədvəlini yeniləyib.
Yüngül çəki dərəcəsində Səlahəddin Parnas Dan Hoker üzərindəki qələbədən sonra reytinq cədvəlinə birbaşa 9-cu pillədən giriş edib.
Azərbaycanı təmsil edən döyüşçü Rafael Fiziyev yenidən reytinqin ən yaxşı onluğundda öz yerini alıb.
Qeyd edək ki, orta çəki dərəcəsində də yerdəyişmələr baş verib. Şarabutdin Maqomedov "top-15" siyahısındakı mövqeyini bərpa etdiyi halda, Abusupyan Maqomedov irəliyə doğru iki addım ataraq 12-ci sıraya yerləşib.


