Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Elzar Ağayevin qızı Avropanın məşhur universitetinə qəbul olundu

Elzar Ağayevin qızı Avropanın məşhur universitetinə qəbul olundu

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri Elzar Ağayevin qızı Nərgiz Ağayeva Belçikanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Brüssel Azad Universitetinə (ULB) qəbul olnunub.

Bu barədə Elzar Ağayev sosial media hesabında paylaşım edib.

“Bu qız mənə dünyaları bağışladı… Nərgizim Belçikanın ən nüfuzlu universitetlərindən olan ULB-nin (Université libre de Bruxelles) iqtisadi elmlər fakültəsində (fransızca) bakalavr təhsili alacaq. Övladlarımız hər zaman bizi sevindirsin...” - deyə Elzar Ağayev qeyd edib.

Qeyd edək ki, Elzar Ağayev jurnalistika sahəsində 23 ildən artıq təcrübəyə sahibdir. O, 20 ildən artıq Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin, əsasən də “AzTV”nin Yaxın Şərq, Ərəb ölkələri, Rusiya Federasiyası və bir sıra Avropa ölkərində nümayəndəsi kimi fəaliyyət göstərib. O, 2026-cı ilin iyulunda Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib. O, bundan əvvəl 20 ildən artıq müddətdə Azərbaycanın müxtəlif media qurumlarında fəaliyyət göstərib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də