Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təhsil nazirindən ictimai nəqliyyatdan istifadə edən müəllimlərlə bağlı AÇIQLAMA

"Həftəsonu ictimai nəqliyyatın işləməməsi müəllimlərə ciddi problem yaşatmayacaq".
RegionTV.info xəbər verir ki, Bu barədə Təhsil naziri Emin Əmrullayev "Pandemiya dövründə təhsil" mövzusunda ünvanlanan sualları "Facebook" səhifəsində cavablandırarkən deyib.
O bildirib ki, məktəblərdə dərslər adətən həftənin altıncı gününə salınmır:
"Məktəblilərlə bağlı problemimiz olmur. Məktəblərdə ortalama 80 faiz şagird məktəbə piyada gəlir.
Bu problem təhsil müəssisəsindən uzaqda yaşayan bir qrup məktəb müəllimləri ilə bağlı ola bilər. İctimai nəqliyyatdan istifadə edən həmin müəllimlərin sayı müəyyənləşdirilə və bu məsələ məktəb daxilində direktorlarla birlikdə tənzimlənə bilər. Amma xüsusilə qeyd edirəm ki, şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı çox azdır".
oxu.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də