Müğənni Beyonsa ağır itki üz verib.
RegionTV.info xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin repçi əmisi oğlu Martell Derouen silahla hücuma məruz qalaraq qətlə yetirilib. Evli olan Derouenin 34 yaşı var idi.
Verilən son məlumatlara əsasən, Texas polisi mərhumun qətlində şübhəli bilinən Sasha Skare adlı qadının axtarışlarına başlayıb.
Martellin qohumları, yaxın dostları və tanışları onun yaxşı və sakit insan olduğunu bildiriblər. O, hətta bu günə qədər məşhurlaşmaq üçün əmisi qızı Beonsun adından belə istifadə etməyib.
axşam.az
Xəbəri paylaş