Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

Səhər saatlarından başlayan güclü külək Qubada fəsad törədib.

 Bakı-Quba yolunun Quba rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində iri ağac yola aşıb.

Nəticədə yolun hərəkət hissəsinin bir qismi bağlanıb. Hazırda yolun bir hissəsi açıqdır və nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir.

Hadisə ilə bağlı müvafiq tədbirlər görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də