Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kinematoqrafçılar İttifaqı sədr seçəcək - vaxt və məkan AÇIQLANDI

Kinematoqrafçılar İttifaqı sədr seçəcək - vaxt və məkan AÇIQLANDI

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bununla bağlı növbəti Konfransı sentyabrın 11-də Nizami Kino Mərkəzində keçiriləcək.

Konfrans saat 12:00-da başlayacaq.

Tədbirin gündəliyində əsas məsələ İttifaqın sədrinin seçilməsi olacaq. İttifaqdan bildirilib ki, Konfransda bütün üzvlərin iştirakı mütləqdir.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Konfrans iştirakçıları yetərsay olmadığından həmin konfrans və onun nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, o qarşıdan gələn konfransda sədrliyə vahid namizəddir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də